RU
Rusiya Bankı
20:00
34

Rusiya Bankı "Urals" neftinin qiyməti üzrə proqnozunu yüksəldib

Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) "Urals" markalı neftinin bir barel üçün 2021-ci il üzrə orta qiymət proqnozunu 60 ABŞ dollarından 65 dollaradək yüksəldib.

Bu barədə Rusiya mətbuatı quruma istinadən xəbər verir.

Bununla yanaşı, Rusiya Bankı "Urals"ın qiyməti üzrə proqnozunu 2022-ci il üçün 55 dollardan 60 dollaradək, 2023-cü il üçün isə 50 dollardan 55 dollaradək yüksəldib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ