RU
10:20
19

"S&P" Azərbaycanın kredit reytinqini eyni səviyyədə saxlayıb

"S&P Global Ratings" ("S&P") reytinq agentliyi növbəti yarımillik baxışından sonra Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində təsdiqləyib, uzumüddətli reytinqlər üzrə proqnozu isə "stabil" saxlayıb.

İqtisadi.Az-ın reytinq agentliyinə istinadən verdiyi məlumata görə, sözügedən reytinq baxışında agentlik Azərbaycan üzrə yeni hesabat hazırlamayıb və reytinqin əsas drayverləri yanvar ayında dərc olunmuş icmaldakı kimi eyni qalıb.

Xatırladaq ki, yanvar ayının icmalında "S&P" Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozunun sözügedən səviyyədə təsdiq olunmasını Qarabağ müharibəsinin bitməsi və üçtərəfli atəşkəs razılaşmanın imzalanması nəticəsində ölkədə ümumi təhlükəsizliyin, maliyyə sektorunun və tədiyə balansının risklərinin azalması ilə əsaslandırmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ