RU
15:40
537

"S&P" neft qiymətləri üzrə proqnozunu yüksəldib

"S&P Global Ratings" ("S&P") agentliyi "Brent" və WTI neft sortlarının qiymətləri üzrə proqnozlarını yüksəldib.

Agentlik bu barədə məlumat yayıb. 

Məlumata görə, 2021-ci il üçün yenilənən proqnoza əsasən, "Brent" markalı neftin 1 barelinin qiyməti agentlik tərəfindən mart ayında göstərilən 60 ABŞ dollarından 65 dollara qədər yüksəldilib. WTI markalı neftin qiyməti üzrə proqnoz isə 55 dollardan 60 dollaradək artırılıb.

"S&P" qeyd edir ki, koronavirusa qarşı vaksinlərin tətbiqi və sürətlə yayılması və bunun nəticəsi kimi, qlobal iqtisadiyyatın məhdudiyyətlərdən qismən azad olması mart ayından bəri neft qiymətlərini yüksəldib. Bundan əlavə, bazarda olan neft tədarükünün səviyyəsi qiymətləri ən azı hazırkı səviyyədə saxlamaq üçün təkan verir.

Sözügedən tədarük səviyyəsi isə OPEC üzvləri və ABŞ-ın şist nefti istehsalçıları tərəfindən dəstəklənir.

"Bazarda yaranan hər hansı bir tələbatın OPEC tərəfindən təmin ediləcəyini və bazar payını artıracağını gözləyirik. Davamlı bir qiymət bərpası ilə birlikdə, şist istehsalçılarının intizamlı istehsal fəlsəfələrinə sona qədər davam edəcəkləri məlum olmasa da, hələlik 2021-ci ildə istehsalın artacağını gözləmirik", - "S&P" bildirir.

Agentlik əlavə edib ki, İran tərəfindən bazarda təklifin artırılması destabilizasiyaya yol aça bilər, lakin sanksiyaların aradan qaldırılmasını və neft tədarükünün hansı tezliklə bərpa olacağını bildirmək çətindir:

"Beləliklə, qiymətlər üzərində yarana biləcək təsir, üstünlük təşkil edən tələbat proqnozundan və digər OPEC üzvlərinin reaksiyasından asılı olacaq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ