RU
Ötən il NRYTN-nin gəlirləri 1,3 faiz artıb - HESABAT
15:00
3162

Ötən il NRYTN-nin gəlirləri 1,3 faiz artıb - HESABAT

2020-ci ildə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) 65,598 milyon manat gəlir əldə edib.

İqtisadi.Az "APA-Economics"ə istinadən xəbər verir ki, NRYTN bu barədə maliyyə hesabatı yayımlayıb. 

Hesabatda, bu göstəricinin 2019-cu ilin göstəricisi ilə müqayisədə 1,3% və ya 874 min manat artdığı qeyd edilib.

Əldə olunan gəlirin 4,236 milyon manatı birja əməliyyatlarından, 61,361 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub.

Ötən il nazirliyin xərcləri 65,685 milyon manat təşkil edib ki, bu da illik ifadədə 2,7% və ya 1,751 milyon manat çoxdur.

Qurumun əməkhaqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 5,691 milyon manat, maliyyə yardımları və sair transferlər üzrə xərcləri 59,440 milyon manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri 72,7 min manat, amortizasiya xərcləri 104,8 min manat, sair əməliyyat xərcləri isə 376,2 min manat təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ