Turizm şərtləri yüngülləşəcək
13:16
132

Turizm şərtləri yüngülləşəcək

"Bu gün turizm sahəsində ən böyük problemlərdən biri ölkəyə giriş-çıxış zamanı PCR-testinin tətbiq olunmasıdır".

Bu barədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

Onun sözlərinə görə, bu, həqiqətən də turpaketlərin şərtlərini ağırlaşdıran səbəblərdəndir və bunun üzərində iş gedir: "Məndə olan məlumata görə, artıq vaksinlərlə bağlı, xüsusən də "Pfizer” və "AstraZeneca” peyvəndləri üzrə beynəlxalq sistem portal yaradılacaq və Azərbaycanın da bu portala qoşulacağı gözlənilir".

R. Quliyev hesab edir ki, bütün turistlər öz məlumatlarını portala daxil edərək, avtomatik digər ölkələrdə də, onların vaksini tanınacaq və bu da, prosesi yüngülləşdirəcək.

Hal-hazırda COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Qeyd edək ki, turizmin iqtisadiyyatda payı 2,4 %, məşğulluqda payı 1,7 %-ə bərabərdir. Ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə, yerli turistlərin sayını 5 milyon nəfərə, ÜDM-də payını isə 4 milyard manata çatdırılacağı planlaşdırlır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ